Türkiyəli müğənni Gülben Ergen sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, bir müddət əvvəl istirahət zamanı çəkilmiş fotolarının yenidən gündəmə gətirilməsi sənətçinin narazılığına səbəb olub. Əyləncə mediasında tez-tez müzakirə olunan həmin görüntülərlə bağlı Ergen sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Müğənni insanların onun həyata keçirdiyi sosial layihələrdən çox xarici görünüşünü müzakirə etməsinə etirazını ifadə edib. O, paylaşımında açdığı uşaq bağçalarını xatırladaraq, buna baxmayaraq hələ də fiziki görünüşü barədə danışıldığını vurğulayıb.
"61 uşaq bağçası açmışam, amma hələ də sellülitlərimdən danışırlar", - deyə sənətçi yazıb.
Gülben Ergenin bu sözləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi müğənninin fikirlərini dəstəkləyərək, cəmiyyətin insanların fəaliyyətlərindən daha çox xarici görünüşünə fokuslanmasını tənqid edib.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə və şərh toplayaraq internet istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az




















