Müğənni Nadir Qafarzadə Moskvada başına iş gəlib.
Milli.Az xəbər verir ki, sənətçi Utair hava yollarının onun Bakıya uçmağa icazə vermədiyini bildirib:
"Vnukovo hava limanında mənə sürpriz ediblər ki, Bakıya uça bilməzsən. Səbəb isə təyyarə olub. Əvvəl böyük olub, sonra isə kiçiyi ilə əvəz ediblər. Uça bilmədim, stresə düşdüm. Çünki Bakıda toyda olmalı idim. Burada qeydiyyat şöbəsində işləyən azərbaycanlımız isə bizə kömək etdi. Axırda şirkət öz səhvlərinə görə məni Şeremetova hava limanına göndərəcək. Oradan Bakıya uçacağam. Mən orada pis oldum. Məsuliyyətə görə ağladım, axı camaat məni gözləyir. Gecikəcəyəm, yəqin onlar da məni anlayarlar. İstəmədən belə oldu".
Milli.Az
Mənbə:
news.milli.az
















