"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO

"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO
"Oğlumun başı üçün deyil nəsə deyə, mənim çörəyimi YEYİR" - VİDEO

Müğənni Kəmalə Günəşli sosial şəbəkədə etdiyi canlı yayım zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi ailədaxili münasibətlərdən danışarkən övladlarının ona hansısa qərar və ya məhdudiyyət qoymasının doğru olmadığını bildirib. Kəmalə Günəşli qeyd edib ki, ailənin bütün məsuliyyətini və maddi yükünü özü daşıdığı üçün bu məsələdə söz sahibi olduğunu düşünür.

Müğənninin sözlərinə görə, insan ailənin təminatını üzərinə götürdükdə müəyyən məsələlərdə daha çox məsuliyyət və söz haqqı qazanır. O bildirib ki, hazırda ailəsinin dolanışığını özü təmin edir və bu səbəbdən oğlunun ona hər hansı qadağa qoymasını qəbul etmir.

Kəmalə əlavə edib ki, əgər övladı bütün məsuliyyəti öz üzərinə götürsə və anasının işləməsinə ehtiyac olmadığını göstərsəydi, o zaman bu mövzuda fikir bildirməyə daha çox haqqı olardı.

Müğənninin açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun fikirlərini dəstəkləsələr də, digərləri ailədaxili münasibətlərdə maddi təminatın deyil, qarşılıqlı hörmətin əsas olduğunu qeyd ediblər.

Musa
Milli.Az

Mənbə: news.milli.az