Dilan Polatın 6,3 milyon izləyicisi olan "Instagram" hesabına giriş məhdudlaşdırılıb.
Milli.Az xəbər verir ki, ölkənin sosial media fenomeni Dilan Polatın 6,3 milyon izləyicisi olan "Instagram" hesabına məhkəmə qərarı ilə giriş məhdudlaşdırılıb.
Məlumata görə, Ankara məhkəməsi Dilan Polatın "Instagram" hesabında ailə dəyərlərinə zidd paylaşmlar edildiyi üçün belə bir qərar çıxarıb.
Məhkəmə həmçinin hesab edib ki, yalnız ayrı-ayrı paylaşımların silinməsi və ya konkret məzmunlara girişin məhdudlaşdırılması pozuntuların qarşısını almaq üçün kifayət etmir. Bu səbəbdən hesaba tam şəkildə girişin bağlanması qərara alınıb. /Lent.az
Milli.Az
Mənbə:
news.milli.az
















