"İnsanlar mənim Şövkət xanımın gəlini olduğumu biləndə..."

"İnsanlar mənim Şövkət xanımın gəlini olduğumu biləndə..."

"Şövkət xanımın mahnılarını çoxu oxuyur. Oxuyanlar bizdən icazə almır. Biz buna önəm də vermirik. Təkcə Şövkət xanımın deyil, bəstəkarın da orada müəllif hüququ var. Onu mən dəqiq sizə deyə bilərəm ki, bunu mənim həyat yoldaşım Bəşir müəllim bilir. Bu problemlə heç vaxt qarşılaşmamışam, bilmirəm. Amma yoldaşım Şövkət xanımın yeganə oğlu, varisidir. Ona müraciət edəndə həmişə razılıq verir. Problem etmir"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib.
 
"Bütün müğənnilərimiz özləri etiraf edirlər ki, "Şövkət xanımın mahnıları bizim üçün böyük bir məktəbdir" Çoxu heç Şövkət xanımı həyatda görməyib, tələbəsi olmayıb. Bir dəfə şəxsən mənə Şövkət xanımın "Lay-lay" nəğməsinə görə Rusiyadan müraciət etdilər. Belə bir layihə idi ki, dünyada nə qədər uşaqlar üçün beşik nəğmələri var, hamısını yığırdılar. Azərbaycandan da Şövkət xanımın ifasında Səid Rüstəmovun "Lay-lay" mahnısı seçilmişdi. İcazəni ona görə istədilər ki, sabah müəllif hüquqları problemi yaşamasınlar. Mən də böyük məmnuniyyətlə razılıq verdim. Mənə bir müqavilə yolladılar və ona imza atdım" deyə sənətkarın gəlini bildirib.
 
Gülnarə Səfərova Şövkət xanımla bağlı xatirələrini də bölüşüb.

"İnsanlar mənim Şövkət xanımın gəlini olduğumu biləndə o qədər gözəl sözlər deyirlər ki.. Bu sözlər məni xoşbəxt edir. Məni də Şövkət xanıma bənzədirlər. Şövkət xanım özü də məni gəncliyinə bənzədirdi..Şövkət xanım qayğıkeş, mehriban bir insan idi. O insanları, vətənini çox sevirdi. Bu sevgi onun mahnılarında da öz əksini tapıb. Ən əsası da odur ki, gənc nəsil də onu sevir, orta nəsil də, yaşlı nəsil də. O Azərbaycan musiqi mədəniyyətinin zirvəsində dayanan xanım müğənnidir" deyə gəlini bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun