Tanınmış qiraətçi Xəzər Süleymanlı keçmiş peşəsindən danışıb.
OLAY yazır ki, o, əvvəllər mühəndis kimi işlədiyini deyib. Bu barədə Süleymanlı “El canlı” verilişində bəhs edib.
“Hazırda sırf qiraətlə məşğulam, amma əvvəllər mühəndis olmuşam. Tikinti şirkətində işləyirdim. Şeirə görə uzaqlaşdım. Alınmadı. Mən özüm uzaqlaşmaq məcburiyyətində qaldım. Çünki bu sahəni daha çox sevirdim. Hiss edirdim ki, burada özümü daha çox tapıram. Nəticədə oradan uzaqlaşdım”, - deyə, o, söyləyib.