“O çətin günlərə baxanda...”

“O çətin günlərə baxanda...”

Müğənni Zamiq Hüseynov çətin keçən keçmiş günlərindən danışıb.

OLAY yazır ki, ifaçı bu barədə “Söhbət var” verilişində söz açıb.

“Həyatımdakı çətin günlər mənə böyük güc verib. Mən o çətin günlərə baxanda, hansı peşənin dalınca getmişəmsə, orada çalışmışam ki, həmişə güclü olum. Heç vaxt o günləri kövrələrək, qəmli notlarla heç kimə çatdırmamışam. Mən fikirləşirəm ki, bir insan öz peşəsinə sevgiylə, ən vacibi vicdanla yanaşırsa, mümkün deyil o insan uğuru qazanmasın. O insanlar ki, həvəsdən düşürlər, onlar müəyyən yerlərdə səhv edirlər və uğursuzluq onları büdrədir. Əgər vicdanla görüblərsə, qarşıya baxanda ancaq uğur görməlidirlər”, - deyə, o, bildirib.