Şairə və qiraətçi Nazilə Səfərli nəvəsi Ayaz və gəlini Nuranə ilə bağlı diqqətçəkən paylaşım edib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında gəlini və nəvəsinin videqiraosunu izləyiciləri ilə bölüşüb.
Görüntülərdə Nazilənin gəlininin "Atanı öp" deməsinə körpə Ayazın dərhal reaksiya verərək şəkili öpməsi əks olunub.
Səfərli bu kadrlara "Ziyalı ananın tərbiyəsi də gül açar. Gəlin xanım, nə yaxşı ki, oğlumun qadını, nəvəmin anası sənsən. Tərbiyə aldığın evə maşallah" sözlərini yazıb.
Qeyd edək ki, Səfərlinin Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub.
Cütlüyün bu ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və beləcə Nazilə ilk dəfə nənə olub. Bunun şərəfinə şairənin nəvəsi üçün dəvə qurban kəsməsi isə gündəmə səs salıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun