Yaponiyada keçirilən gözəllik müsabiqəsinin final mərhələsində yaşanan hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Milli.Az xəbər verir ki, "Tacqoyma" mərasimi zamanı iştirakçılardan birinin yeni seçilən gözəllik kraliçasının tacını ehtiyatsızlıqdan yerə salması diqqətdən yayınmayıb. Həmin anlar tədbirdə iştirak edənlərin və izləyicilərin marağına səbəb olub.
Görüntülər qısa müddətdə internetdə sürətlə yayılarkən, sosial şəbəkə istifadəçiləri arasında müxtəlif fikirlər səsləndirilib. Bəzi izləyicilər hadisəni təsadüfi hal kimi qiymətləndirsələr də, digərləri bunu qısqanclıq əlaməti kimi şərh ediblər.
Müzakirələrə səbəb olan video milyonlarla baxış toplayaraq sosial media platformalarında gündəm mövzularından birinə çevrilib. Hadisə ilə bağlı təşkilatçılar və iştirakçılar tərəfindən isə hər hansı rəsmi açıqlama verilməyib.
Hüseyn
Milli.Az
















