"İki-üç gün əvvəl efirdə təsadufi müğənniliyə başlayan qızlardan birini gördüm. Aparıcı sənətdən, sənətkarlıqdan elə suallar verir ki, məəttəl qaldım. Sənətkar isə həmin verilişdə oturanda başqa suallar verirsiniz".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Tarixin bir günü" verilişində deyib.
O, aparıcıların bununla özlərini alçaltdıqlarını qeyd edib:
"Müğənni başqadır, sənətkar başqa. Sənətkara veriləcək sualları müğənniyə vermək olmaz. Onlar da həvəslə, düşünə-düşünə elə cavab verirlər ki... Buna görə də çaşırlar! Reytinq xatirinə çox aparıcılarımız təsadüfi müğənniliyə başlayanlarla sənətkar kimi davranırlar, zorla insanlara sırıyırlar. Gələn də çaşır, düzgün təbliğat getmir. İnsanlar da fikirləşir ki, yəqin aparıcı bunu dağın başına qoyursa, biz tanımırıq, qoy, yaxşı-yaxşı qulaq asım. Həmin o aparıpcılara deyirəm, inanın ki, bununla özünüzü alçaldırsınız! Müğənni də özünü o qədər yüksəkdə görür ki... Niyə özünüzü elə göstərirsiniz ki? Qoy, o da öz yerini bilsin, sən də öz yerində qal. Belə şeylər adama qəribə gəlir, insan sınır. Gündəmdə olmaq başqa, sənətkar olmaq ayrı şeydir. Məndən qat-qat aşağıda olan müğənnilərə haqqımda sual verirlər. Efirdə belə şeylərə riayət etmək lazımdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun