Aparıcı Aytən Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) OLAY-a verilən məlumata görə, aparıcının hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir:
“Qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən Aytən Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır”.