Xalq artisti Röya Ayxan və Avroviziya qalibi Nigar Camal “Altın Kelebek” mükafatlarından sonra ilk dəfə eyni layihədə bir araya gələcək.
OLAY-ın məlumatına görə, sənətçilər ADA Universitetinin keçirdiyi “Adavision” yarışmasında münsif olacaq.
Bu barədə universitetin rəsmi səhifəsində məlumat verilib.
Qeyd edək ki, 7 il öncə “Altın Kelebek” mükafatlarında namizəd olan sənətçilərin arasında qalmaqal yaşanmış, müğənnilər 6 il sonra, ötən il barışmışdılar.
Onu da bildirək ki, jüridə həmçinin reper Paster, gənc pop ulduz Ayaz Babayev və müğənni Elnur Hüseynov da yer alacaq.