Aytən Səfərovanın aparıcısı olduğu verilişdə AÇIQLAMA: "Səhhətində ciddi..." - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə AÇIQLAMA: "Səhhətində ciddi..." - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb.

  • Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar: Günah KİMDƏDİR? - VİDEO
  • Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO

O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qeyd edib:

"Ötən gün həmkarın Aytən Səfərovanın qəzaya düşməsi "Xəzər" ailəsini və bizi çox qayğılandırdı. Qəza nəticəsində Aytənin səhhətində ciddi problemlər yaranıb. Digər maşında da xəsarət alanlar var. Bu dəqiqə hadisə ilə bağlı hüquqi prosedurlar davam edir. Yaxın zamanlarda məsələyə hüquqi qiymət veriləcək. Biz hər iki avtomobildə xəsarət alan sərnişinlərə Allahdan şəfa versin.

Peşəkar həkimlərimizə güvənirik. Onlar xəsarət alan insanları tezliklə öz işlərinə qaytaracaqlar. Mən də həmkarım Aytəni burada gözləyirəm".

Xatırladaq ki, ötən gün səhər saatlarında tanınmış teleaparıcı Aytən Səfərovanın iştirakı ilə Zığ şosesi ilə 8 Noyabr prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun