“Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin”.
OLAY yazır ki, bu sözləri “Səni axtarıram” verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib.
O həmçinin ötən gün vəfat edən sabiq deputat Hadı Rəcəblidən də söz açıb:
“Həyat bu nəfəs qədərdir. Anidən gedə bilərsiniz. Məsələn, Hadı Rəcəbli günlər əvvəl mənə salam göndərmişdi. O özünə baxan, daim müayinələrinə gedən, idmanını edən, gəzintiyə çıxan sağlam insan idi. Gördünüzmü? Ani ölümlər var. Bu həyatda sadəcə sevgini, mərhəməti paylaşın”.