Boşanmaq Colinin işinə yaradı

Boşanmaq Colinin işinə yaradı

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşandıqdan sonra nə qədər qazandığı açıqlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 8 il davam edən məhkəmə prosesində Colinin vəkillərə çox məbləğdə pul xərclədiyi ortaya çıxıb. Amma onun bu ərəfədə çox pul qazandığı da ortaya çıxıb. Belə ki, Coli boşandıqdan sonra 100 milyon dollar gəlir əldə edib.

Bu məbləğə kreditlər, alimentlər, hədiyyələr və onun "Château Miraval" şərab zavodunun 50 faizlik payının satışından əldə edilən milyonlar daxildir. Bura Pittin uşaqlar üçün verdiyi pullar da daxildir. 

Cütlük 2008-ci ildə üzüm bağını ilk dəfə alanda təxminən 60 milyon dollar dəyərində idi. Onun qiyməti Pittin sərmayələrindən sonra xeyli artıb - indi ərazi 164 milyon olaraq qiymətləndirilir.

Nəşr əlavə edir ki, Ancelina bunlara baxmayaraq maddi gəlirinin az olmasından gileylənib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun