Tanınmış stilist Anar Ağakişiyev növbəti dəfə maraqlı imic dəyişikliyi ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, bu dəfə stilistin üzərində çalışdığı şəxs aktrisa Pərvin Abıyeva olub. Anar Ağakişiyev aktrisanı tamamilə fərqli obrazda təqdim edərək izləyicilərin diqqətini cəlb edib.
Yeni görünüşdə istifadə olunan makiyaj, saç düzümü və ümumi üslub sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Pərvin Abıyevanın əvvəlki görünüşü ilə yeni obrazı arasındakı fərq izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Yayılan görüntülər qısa müddətdə çoxsaylı baxış toplayıb. İstifadəçilər stilistin peşəkarlığını və aktrisanın fərqli görünüşünü şərhlərində xüsusi qeyd ediblər. Bəzilərisi əksinə rəylərlə münasibət bildiriblər.
Qeyd edək ki, Anar Ağakişiyevin növbəti imic layihəsi sosial mediada maraq doğuraraq diqqət mərkəzinə çevrilib.
Hüseyn
















