Türkiyəli aktrisa Cemre Baysel yenidən əməliyyat keçirib.
Milli.Az xəbər verir ki, aktrisa bu barədə şəxsi açıqlama yayıb.
O, bildirib ki, kiçik cərrahi müdaxilə planlaşdırılıb və əməliyyat ginekoloji problem səbəbindən həyata keçirilir.
"Kiçik bir əməliyyat olacaq. Ginekoloji səbəblə bağlıdır", - deyə Cemre Baysel qeyd edib.
Qeyd edək ki, aktrisa hazırda "Güller ve günahlar" serialında rol alır.

Mənbə:
news.milli.az
















