Aktrisa Zümrüd Qasımova dostluq münasibətləri və çətin günlərində yanında olan insanlar barədə səmimi açıqlama ilə çıxış edib.
Milli.Az xəbər verir ki, "Gün Ortası" verilişində qonaq olan aktrisa ən yaxın rəfiqəsi kimi həmkarı Sevinc Əliyevanı qeyd edib. O, bəzən aralarında fikir ayrılıqları yaşansa da, dostluqlarının uzun illərə söykəndiyini bildirib.
Zümrüd Qasımova həmçinin digər yaxın rəfiqələri Elnarə Bəkirova və Səidə Haqverdiyeva ilə də sıx münasibətdə olduğunu deyib. Aktrisanın sözlərinə görə, çətin anlarda dostlarının dəstəyini hiss edib və bu, onun üçün böyük önəm daşıyır.
O, dostluqda səmimiyyətin vacibliyini vurğulayaraq, hətta maddi çətinlik yaşadığı dövrlərdə dostlarının ona yardım etdiyini, sonradan isə həmin borcların qaytarıldığını qeyd edib.
Aktrisanın açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında dostluq münasibətləri ilə bağlı müzakirələrə səbəb olub.
Musa
















