"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"

"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"
"Deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır"

Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi yaxın münasibətdə olduğu bir şəxsin onun haqqında səsləndirdiyi iddiadan narazı qaldığını bildirib. İsmayılovanın sözlərinə görə, həmin şəxs onun efirə çıxmaq üçün aparıcılara müraciət etdiyini iddia edib.

Bu fikirlərə etiraz edən müğənni heç bir aparıcıya efirə çıxmaq üçün yalvarmadığını vurğulayıb. O bildirib ki, televiziya proqramları ilə bağlı bütün danışıqlar köməkçisi vasitəsilə həyata keçirilir.

Aysun İsmayılova əlavə edib ki, hazırkı şəraitdə aparıcılar da qonaqları təkbaşına müəyyən edə bilmirlər. Müğənni həmçinin qeyd edib ki, onun haqqında belə sözlər danışıldığı deyilən aparıcılardan biri vaxtilə dəfələrlə köməkçisi ilə əlaqə saxlayaraq onu verilişinə dəvət etməyə çalışıb.

Sənətçi yaxın dost hesab etdiyi aparıcılarla şəxsi münasibətlərinin olduğunu və yeni mahnıları ilə bağlı efir məsələlərini birbaşa müzakirə etməsinin normal qarşılanmalı olduğunu bildirib:

"Dost bildiyim biri bu yaxınlarda bir nəfərə deyib ki, Aysun efirə çıxmaq üçün aparıcılara yalvarır. Heç bir aparıcıya yalvarmamışam. Efirlərlə bağlı məsələlər də köməkçim vasitəsilə danışılır. Yalvarsam belə, hazırda aparıcılar öz istəyi ilə qonaq dəvət edə bilmirlər. Yalvarmışam deyən aparıcı vaxtilə dəfələrlə köməkçimə zəng edib, məni efirinə dəvət etməyimi istəyib. Yaxın bildiyim aparıcıya isə dostamsa, özüm efirlə bağlı zəng edə bilərəm ki, yeni mahnım var, efirə nə vaxt gələ bilərik. Efirdən ötrü niyə yalvarmalıyam ki?".

Aysun İsmayılovanın açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.

Musa

Mənbə: news.milli.az