Xəzər Televiziyası maydan “Təsir dairəsi” verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.
OLAY yazır ki, bu iddia Pravda.az saytında yer alıb.
Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:
“Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da mayın ortalarından “Təsir dairəsi” verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq”.