"Bizim sənətimiz şərəflidir. Burada elə dostluq etməlisən ki... Çoxu deyir ki, bu sənətdə dostluq yoxdur. Amma yox, dost üçün ölümə gedərəm".
Miilli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə islam "Günaylı gün" proqramında deyib. Sənət aləmindəki dostluqlardan danışan ifaçı həmkarlarına etiraz edib. O, sənətçidən dost olmaz deyənləri tənqid edib:
"Bu sahədə olan dostluqlar heç bir sahədə yoxdur. Əsas xasiyyətlər uyğun gəlməlidir, elektrik olmalıdır. Sənətdə biri olub ki, ona sidq ürəklə yaxınlaşmışam. Amma baxıb gördüm ki, bu adam ancaq qulaq asır, özü danışmır. Mən obrazda ola bilmərəm. Gördüm neçə ay adam heç danışmır. Onun xətrini çox istəyirəm, amma dostluq yox".
Bir neçə gün əvvəl Əbu-Dabidə istirahətə gedən Xatirə həyat yoldaşı Fəxrəddin Musazadədən danışıb. O bildirib ki, səhayəti ona həyat yoldaşı hədiyyə edib:
"Pul haqqında danışmağı sevmirəm. Hətta başqa sənət dostlarım da efirdə qiymətdən danışanda acığım tutur. Amma oğlumuz Emilin ad günü idi, Fəxrəddin sürpriz etdi. Bütün xərci o çəkmişdi. Mənə belə suallar verməyin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun