Zümrüd sevgili iddialarına aydınlıq gətirdi

Zümrüd sevgili iddialarına aydınlıq gətirdi

Aparıcı Zümrüd Bədəlova müğənni Elvin Babazadə ilə haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

OLAY yazır ki, o, bu haqda “Xəbər ətər” verilişində danışıb.

“Elvin dostluğa, çox istədiyi adamlara qarşı başqa cürdür. Sevgisini gizlədə bilmir. Xoşu gəlməyən adamlara olan kinini də gizlədə bilmir. Elvinlə bizim yaxın dostluğumuz belə insanları danışdırır. Elə insanlar var ki, deyir siz sevgilisiniz, amma gizlədirsiniz. O qədər şərh yazırlar ki. Elvin mənim bugünkü gündə yanımda olan, ailəmin tanıdığı, çox sevdiyi biridir. Həmişə ona deyirəm, sən mənim ailəmin üzvüsən. Anasıyla dərdləşirik, söhbət edirik. Bizim başqa bir münasibətimiz var. Keks bişirirəm, gəlib keks yeyir, keksdən dadır. Demək istəyirəm ki, sevgililik münasibəti yoxdur, ola da bilməz”, - deyə, Bədəlova söyləyib.