Dostluqlarının bitməyindən danışdı

Dostluqlarının bitməyindən danışdı

Türkiyəli aktyor Murat Cemcir keçmiş tərəf müqabili Ahmet Kural haqqında danışıb.

OLAY yazır ki, o, “Ne olursan ol, rahat ol” yutub layihəsində küsülülüklərindən və dostluqlarının bitməsindən bəhs edib.

“Xoş bir şəkildə vidalaşmaq insanı böyüdür və insan edir. Keçmişimizin ağırlığı və yüküylə gələcəyimizi planlaşdıra bilmərik. Həyat bizə planlaşdırmadığımız bir şeyi bəxş etdi, biz onu çox gözəl yerə gətirdik. Yeni macəralar yaşamaq, yeni hekayələrdə çalışmaq, yeni filmlər çəkmək məsələsində çox gözəl yerdə buraxdığımızı düşünürəm. Ahmet tək də çox gözəl işlər görür. Yeni film çəkib. Mən həyatımın bu dönəmində tək çalışmaq istəyirəm”, - deyə, Cemcir söyləyib.

Qeyd edək ki, aktyorlar bir neçə filmdə birgə rol alıblar. Onlar ortaqlıqları bitdikdən sonra bir-biriləri ilə görüşmürlər, hətta Cemcir Ahmet Kuralın ötən il baş tutan toyuna da qatılmayıb.