“Mənə belə suallar verməyin”

“Mənə belə suallar verməyin”

Müğənni Xatirə İslam ailəsiylə birgə etdiyi Abu Dabi səyahətindən danışıb.

OLAY yazır ki, ifaçıya bu barədə “Günaylı gün” verilişində aparıcı Günay Baxşəliyeva sual ünvanlayıb. Xatirə isə məbləğ danışmağı sevmədiyini deyib:

“Mənim ümumiyyətlə ən acığım gələn mövzulardır məbləğ danışmaq. Dünyasında sevmirəm. Hətta başqa sənət yoldaşlarım da danışanda acığım tutur. Deyirəm, efir sözləri deyil, danışmayaq. Bu dəfə Fəxrəddin (red. – həyat yoldaşı) bizi qonaq etmişdi. Emilin (red. - oğlu) ad günü olduğuna görə, o, mənə sürpriz etdi, mən bilmirdim. Təklif isə məndən gəldi. Mənə belə suallar verməyin, məni tər apardı”.