Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama

Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama

Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə OLAY-a TƏBİB-dən bildirilib.

Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Ünvanda həkiməqədər ölüm qeydə alınıb.