Efirdə ağladılar...

Efirdə ağladılar...

Aparıcı Elgiz Əkbər efirdə ağlayıb.

OLAY yazır ki, o, mərhum Əməkdar artist Cavanşir Məmmədovdan danışarkən göz yaşlarını saxlaya bilməyib. Onunla bərabər Pərvanə Tahirqızı da göz yaşı töküb:

“Onu yaxından tanıyanlar üçün bu dəhşətdir. Biz onunla qonşu olmuşuq. Evlərinə getmişəm, rəhmətlik anası da məni çox istəyirdi. Mənim toyumda da 20 nəfərlik orkestrla təmənnasız iştirak etdi. Sonuncu dəfə biz oturduq onunla. Eyni vaxtda koronavirusa yoluxduq. Elə bir dövrə düşdü ki, xəstəxanalarda yer yox idi. Hərəmiz bir tərəfdə xəstəxanada idik. Üç gün sonra bir-birimizə halallıq verdik. Zəng etdi, dedi, vəziyyətin necədir? Dedim, çox pisdir, nəfəs ala bilmirəm. Dedi ki, mən də o vəziyyətdəyəm, halallaşaq. Söylədim ki, mənim sizə nə böyük yaxşılığım dəyib ki? Siz mənə halallıq verin. Mənim toyumda iştirak etdiniz, 1 qəpik pul almadınız, hələ toya pul salmısınız. Dedi ki, nə danışırsan? 20 ildir televiziyadasan, həmişə verilişinə çağırmışam. Dedim, televiziya sizin, xalqındır, mən sizdən halallıq istəyirəm. Halallıq verdi. Dedi ki, sağ qalsaq, bunu qeyd edərik. Amma bu gün Cavanşir müəllimi itirdik. Demə, 2 il ömrü qalıbmış”.