Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə son bir nüçə gündür sosial media hesabında çimərlik geyimində fotolarını yayımlayır.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, şəkillər sosial media izləyiciləri tərəfindən tənqidlə qarşılanıb. Nəsrin ünvanına yazılan şərhlərə münasibət bildirib.
"Hamının qadınların necə olması lazımdır məsləhətinə dair nə çox fikir var. Sizə xeyirli günlər" deyə, yazan aktrisa paylaşımına gülüş emojisi qoyub.
Qeyd edək ki, Nəsrin hazırda "Şahane hayatım" serialında rol alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun