"Artıq duet ortağım Əkbər Əliyevə deyil başqa kişiyə ərə gedirəm. İnsan insanı sevməlidir. İlk dəfə mən ailə quranda 18 yaşım var idi. Onda uşaq idim. O zaman evliliyin nə olduğunu anlamırdım, başa düşmürdüm. Ərə getdiyim oğlanı cəmi 2 dəfə görmüşdüm. Dədə-baba qaydası ilə o oğlanla ailə qurdum və qızım Bənövşə dünyaya gəldi. Beş il sonra isə boşandım".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Gül kimi şou" verilişində deyib.
- "Oğluma edəcəyim kiçik toydan hələ olmayıb" - VİDEO
- Ata-bala canlı efirdə GÖZ YAŞI TÖKDÜLƏR - VİDEO
- İlhamə Quliyeva ilə küsülülüyünün səbəbini AÇIQLADI - VİDEO
İki dəfə ailə qurub boşanan sənətçi bildirib ki, ailəli kişi ilə eşq yaşamaqdansa birini sevib, rəsmi ərə getmək daha yaxşıdır:
"Birinci həyat yoldaşımla boşanmağımın səbəbi onun məni "yola verməməsi" oldu. Çünki yenə qeyd edirəm 18 yaşımda mən evliliyin nə olduğunu hələ anlamırdım. Uşaq idim, çox şeyi başa düşmürdüm və evin bir qızı idim. İkinci dəfə ailə qurduğum şəxsi isə özüm seçdim. Amma onda da bir şey alınmadı. 18 ildən sonra ikinci dəfə boşandım. Atalar üç dəfədən deyib. Ümid edərim ki, üçüncü dəfə yaxşı olar. Oğlan istəyirəm ki, gəlsin, görsün, qazansın və ömürlük aparsın. Həqiqətən üçüncü dəfə ailə qurmaq istəyirəm. Gündə birinin ailəsini dağıtmaqdansa rəsmi olaraq sevib ailə qurmaq yaxşıdır. Oğlan dostlarım dedilər ki, ərini "yola ver" və döz otur.
Onların məsləhətinə qulaq asıb üç il dözüb oturdum. Sonra gördüm ki, alınmadı... Ailə quranda yaş çox önəmlidir. İnsan yaşa dolduqca ona "yol", "qulaq" yoldaşı lazımdır. Gənc olanda isə bunları anlamırsan. Elə düşünürsən ki, sənə heç kim lazım deyil. Yaşlandıqca bunları anlayırsan. Ərə gedirsən ki, yanında güvəndiyin dostun, sirdaşın olsun".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun