Mətanət Əsədova: “Deyirlər ki, ərə gedib çıxmadı, uşağı olmadı?”

Mətanət Əsədova: “Deyirlər ki, ərə gedib çıxmadı, uşağı olmadı?”

Müğənni Mətanət Əsədova növbəti açıqlaması ilə gündəmə gəlib.
 
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Günaydın, Azərbycan!" verilişində şəxsi həyatından söz açıb.
 
Proqramın aparıcısı Xoşqədəm Hidayətıqızının "Bu gün nə gözəl görsənirsən? Səni masanın başında əyləşdirmək istəyirəm" sözlərinə Mətanətin cavabı belə olub:
 
"Bəlkə bu gün ərə gedirəm? Dayan, gözlə... (gülür) Mənə deyirlər ki, "O ərə gedib çıxmadı, uşağı olmadı..." Haqqımda daha nələr yazmırlar. Məndə onlara efir vasitəsi ilə deyirəm ki, çox sağolun. Allah köməyiniz olsun. Allah bunları mənə nəsib etsin. Artıq heç nə istəmirəm. Bir tək istədiyim canımın sağ olması və mahnılar oxumaqdır".
 
Qeyd edək ki, Mətanət Əsədova bir müddət əvvəl həyatında bir şəxsin olduğunu və sevib, sevildiyini bildirmişdi. Həmçinin müğənni yaxın zamanda ana olacağını da açıqlamışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun