O kadrdan 33 il keçir... - FOTOlar

O kadrdan 33 il keçir... - FOTOlar

"Evdə tək" filminin baş qəhrəmanları Makaley Kalkin və Ketrin Ohara uzun illər sonra bir araya gəliblər. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Makaley Kalkinin adı "Şöhrət xiyabanı"nda yer alıb. Bununla bağlı keçirilən tədbirə gələn dəvətlilər arasında Ketrin Ohara da olub. 33 il öncə çəkilən "Evdə tək" filmində ana və oğlunu canlandıran aktyorların səmimi görüntüləri obyektivlərə tuş gəlib.

Onların yeni fotosu sosial şəbəkələrdə də maraqla qarşılanıb. Aktyorların illər əvvəl filmdə olan görüntüləri ilə indiki halları qarşılaşdırılıb. 

Qeyd edək ki, hazırda Makaley Kalkinin 43, Ketrin Oharanın isə 69 yaşı var. İllər öncə ekranlaşdırılmasına baxmayaraq "Evdə tək" fimi hər il Yeni il günlərində maraqla izlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun