Elladaya xoşagəlməz təklif: "O, əminliklə məni..." - FOTO

Elladaya xoşagəlməz təklif: "O, əminliklə məni..." - FOTO

Aparıcı Ellada Eyvazova onu narahat edən şəxsi ifşa edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Ellada özü instaqramda videolar paylaşıb. O bildirib ki, dostunun tanış etdiyi şəxs ona xoşagəlməz təkliflər edib:

"Ötən ilin avqustunda bir aydan çox Amerikada oldum. O zaman səhhətimdə ciddi problemlər yaranmışdı. Hərəkət məhdudiyyətim var idi. Demək olar, ya əlil arabasından istifadə edirdim, ya da qolaltı ağaclardan. Dost bildiyim insan məni Amerikada İsbəndiyar adlı azərbaycanlı ilə tanış etdi. Dedi ki, bu insan onun "Ren car"ı var, reklam edəcəksən, o da maşın verəcək. O, əminliklə məni tanış etdi, dedi, güvənə bilərsən, səni ailəsi ilə tanış edəcək, orada tək qalmayacaqsan, hətta səyahətində belə yardımçı olacaq. Həmin müddətdə ağrılarım var idi. İsbəndiyar məni Nyu-Yorkdan tamam fərqli ştata gətirdi ki, guya maşın verəcək. Biz onlar yaşayan ştata çatanda mənə nalayiq təkliflər etdi. Həmin müddətdə bu söhbəti açmamağımın səbəbi ailəsinin dağılmaması üçün idi. Ortada iki uşaq var idi. Bu söhbəti indi açmağıma səbəb də var.

Demək olar, bir il keçib. Ad günümdə mənə yenidən yazır. Bunu xanımı görüb, öz yazdıqlarını silib. Ona deyib ki, guya mən ona yazmışam, ailəsini dağıtmaq istəyirəm. Yaxşı ki, əlimdə sübut var idi, yazdıqlarını xanımına göndərdim. Həmin gün mənim başıma çox iş gələ bilərdi. Bu təklifləri edən insan o uzun yolda nələr edə bilərdi, deyə düşünsək, gözümün önünə qorxulu kadrlar gəlir. Baxmayaraq ki, evlidir, iki uşaq atasıdır. Buradan Amerikaya gedən gənc xanımlar var. Hansı ki, onun evində qonaq olublar. Məni bilmədiyim ştatda atıb gedəndən sonra yazırdı ki, mənimlə niyə cinsi əlaqədə olmursan? Dedi ki, bu birinci dəfə deyil ki, səni ailəmlə tanış edəcəyəm. Əsas odur ki, həyat yoldaşım bilməsin. İnsan azyaşlı xanımlara özünü tamam başqa cür göstərir. Bu gün öyrəndim ki, demə, bu insanın heç şirkəti yox imiş. Onu da həyat yoldaşı yazdı. Mən ona bildirdim ki, sizin yoldaşınızı şirkətini reklam etmək üçün tanımışam. Bu söhbətlər olduğu üçün mən o ştatdan getdim. Həyat yoldaşına yalan danışır ki, ona yazan qızlar viza üçün müraciət edirlər. Bilmirəm, nə cür kömək edir. Amma mən vizamı alanda İsbəndiyarı tanımırdım. Uzun-uzun danışa bilərəm onun təkliflərindən... Təəssüf ki, onun iki övladı var, biri də qızdır. Hətta bir kəlmə dedim ki, evinizdəki qız övladından utanmadınızmı? Məni bu qədər ağrılı görərkən belə, bu təklfii necə irəli sürürsünüz? Adam mənə yazır ki, sizə ağrı kəsici alım gətirim, ağrınız keçsin, mənimlə bu formada əlaqədə olarsız? Bu yazışmaların hamısını bizi tanış edən dost bildiyim adama da göndərdim, həmçinin Azərbaycanı Amerikanın ştatlarında təmsil edən qurumlara da göndərdim ki, bu insanı tanısınlar". 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun