"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi" - FOTO

"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi" - FOTO

Aparıcı Sərxan Kərəmoğlunun mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşımı diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı sənətçinin bir qadın tərəfindən haqsızlığa uğradığını yazıb. O, həmin şəxsin adını açıqlamayıb.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım
Nazilə Səfərli: "Nədir axı Cavanşir Məmmədovun ölümünə sevinmək?" - FOTO

"Bir ay öncə mənə təşəkkür etdi. Bir qadın var, onu Allaha həvalə etdi. Dedi ki, mənim ürəyim necə tab gətirir, heç özüm də bilmirəm. Mən də o qadını Allaha həvalə edirəm. O qadınla heç bir ədavətim yoxdur, amma çox haqsızlıq etdi. Nəticədə bir evin dirəyini aşırtdı. Allah o qadını bu həyatda çəkdirdiyin çəkmədən o biri tərəfə aparmasın. Amin" deyə, Sərxan bildirib.

Qeyd edək ki, C.Məmmədov dünən 70 yaşında ürəktutmasından dünyasını dəyişib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun