Müğənni Xatirə İslam dəvət olunduğu verilişdə istirahətindən danışıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Günaylı gün" proqramına qonaq olan ifaçı bir neçə gün əvvəl getdiyi Dubay istirahətinin xərcini həyat yoldaşı Fəxrəddinin çəkdiyini deyib.
Sənətçi səyahətində nə qədər pul xərclədiyini isə açıqlamayıb:
"Ümumiyyətlə, mənim ən acığım gələn mövzulardır, məbləğ danışmaq. Sevmirəm bu barədə danışmağı... Hətta başqa sənət yoldaşlarım da danışanda acığım tutur. Deyirəm, efir sözləri deyil, danışmayaq. Bu dəfə Fəxrəddin bizi qonaq etmişdi. Emilin ad günü olduğuna görə, o, mənə sürpriz etdi, mən bilmirdim. Təklif isə məndən gəldi. Mənə belə suallar verməyin, məni tər apardı".
Ətraflı videoda:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun