"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradını bildirib:
"Cavanşir müəllimin getdiyi ve reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz?
Allah hər ikisinə rəhmət eləsin...".
Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun