Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər

Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər

Arabesk musiqisinin sevilən adlarından olan Cengiz Kurtoğlu Konyada keçirilməsi planlaşdırılan konsertinə yollanarkən qəzaya düşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  xəstəxanaya çatdırılan sənətçinin ayağında çat aşkarlanıb və bu səbəbdən gözlənilən konsert təxirə salınıb.

Məlumata görə, sənətçinin səhhəti qənaətbəxşdir və vəziyyəti nəzarət altındadır. Həkimlərin tövsiyəsi əsasında o, bir müddət istirahət edəcək və müalicəsini davam etdirəcək.

Mənbə: news.milli.az