“Psixoloq dedi ki, ayrıl”

“Psixoloq dedi ki, ayrıl”

Aktrisa Ülviyyə Xəlilbəyli növbəti açıqlamasıyla diqqət çəkib.

OLAY yazır ki, o, həyat yoldaşı Murad İsmayılla ailə psixoloquna müraciət etdiklərini və həmin psixoloqun onlara boşanmalarını məsləhət gördüyünü deyib. Bu barədə Xəlilbəyli “Xəbərin var?” verilişində söz açıb.

“Ailə psixoloquna müraciət etmişdim. Psixoloq bəy idi. Sağ olsun mənə bir məsləhət verdi ki, ona verdiyim pula heyifim gəldi. Birincisi, psixoloq mənə məsləhət verməməlidir. Sadəcə yönləndirməlidir, gözümü açmalıdır, mənə fərqindəlik yaratmalıdır. Psixoloq dedi ki, nə edirsən belə yaşamağı? Ayrıl. Murad (red. – həyat yoldaşı Murad İsmayıl) da getmişdi. Ona da demişdi ki, aktrisadır, nə edirsən. Bu psixoloq tanınmış biridir. “TikTok”da onun videoları partladır”, - deyə, o, söyləyib.

Ülviyyə sözügedən psixoloqun bir seansının qiymətinin 100 manat olduğunu və 3 dəfə onun yanına getdiyini əlavə edib.