İnfluenser Nagehan Abdullayevanın iti oğurlanıb.
OLAY yazır ki, bloger bu barədə instaqramın hekayə bölməsində paylaşım edib.
“Bu gün itim Tarçın oğurlandı. Canım necə yanır, sizə izah edə bilmərəm. Bunu bir nəfər edə bilər, amma o qədər professional edib ki, əsla sübut edə bilmirəm. Görənlər xəbər versin. İstanbul Çekmeköydən oğurlanıb. Tarçın deyəndə baxır, adını bilir. İtim gəlməsə, oğurlayan şəxsi də paylaşacağam. Bütün baytarlara bildirin. Mənim adıma qeydiyyatdadır. Pasportunu da oğurlayıblar. Tez xəbər verilsin”, - deyə, o, yazıb.