"Kızılcık şerbeti" serialında "İşıl" obrazını canlandıran məşhur aktrisa Ece İrtem vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə aktrisanın vəkili Uğur Gökkoyun məlumat yayıb.
"Ece İrtem bu gün saat 12:00 radələrində dünyasını dəyişib. Hadisə o, öz evində, anası ilə birlikdə olarkən baş verib. İlkin ehtimallara görə, ölümə səbəb miokard infarkt göstərilir. İstintaq prosesi davam edir. Dəqiq səbəb məhkəmə-tibbi ekspertizasının rəyindən sonra bəlli olacaq. Ailəsinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı verirəm", - deyə o bildirib.
Bildirilib ki, aktrisa ötən gün, iyunun 14-də 35 yaşını qeyd edib.
Milli.Az

Mənbə:
news.milli.az
















