"Ana olacağam. Biraz çəki almışam. Buna görə isə biraz depressiya yaşayıram. Amma bunlar gözəl hisslərdir. Ailə mənim üçün əvəzsizdir. Ən gözəl Allahın nemətidir. Hər zaman istəyirdim ki, sevgi dolu bir ailəm olsun. Çox şükür bu günə".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Aysun İsmayılova "Sözbaz" maqazin verilişinə müsahibəsində deyib.
- Xalq artistinin musiqiçiyə etdiyi hərəkət gündəm oldu - VİDEO
- Bu gün Mələkxanım Eyubovanın qızının toyudur
- Aytən Səfərovanı bu jurnalist əvəz etdi - FOTO
Vəkil Ramil Vəliyevlə ailəli olan sənətçi bildirib ki, onların qız övladı dünyaya gələcək:
"Özüm kimi gözəl bir qızım olacaq. Ən çətin anımız dünyaya gələcək uşağıma ad seçməkdir. Adla bağlı ağlıma heç nə gəlmir. Çünki düşünürəm ki, bu çox məsuliyyətli bir məsələdir. Övladın böyüyəndə adından utanmamalıdır, əksinə sevməlidir. Mən adın insan taleyinə təsiri məsələsinə inanıram. Ona görə qızıma elə bir ad seçməliyəm ki, həyatına gözəl yansısın".
Qeyd edək ki, Aysun İsmayılova ötən ilin sonlarında ikinci dəfə ailə həyatı qurub. O, vəkil Ramil Vəliyevlə nikaha girib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun