"Üzeyirdə bir bərəkət var. İnsan kimi ona hörmət edirəm. Onu çox istəyirəm, amma fanatı deyiləm. Cəmi bir mahnısını bilirəm. Müğənnilər pul tökür, bəstəkardan 5 min verib mahnı alır, aranjiman etdirir, oxuyur, reklama qoyur, 100 min baxış yığa bilmir".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov müğənni Üzeyir Mehdizadənin ünvanına deyib.
"El canlı" verilişində qonaq olan Elməddin studiyada yer alan Üzeyirin yutubda 500 milyon baxış yığan "Yaxşı olar" mahnısından danışıb:
"Adam gecə yuxudan durur, "xoşbəxt, tanrım, yaxşı olar" yazıb, qoyur, yarım milyard izlənmə yığır. Azərbaycanda ən çox izlənilən mahnı Üzeyirindir. Bir az şans məsələsi var. Adam Özbəkistanda, Türkiyədə konsert verir, 50 min tamaşaçı yığılır. Tarkanda da 50 min, səndə də? Ədalətsizlikdir. Həqiqətən "qıcıq" oluram. Yaxşı ki, müğənni deyiləm, bağrım çatlayar. Aparım 20-30 min pul xərcləyim, alınmasın. Amma "Yaxşı olar" yazım 500 milyon izlənmə yığsın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun