Viktoriya Bekhem yubileyi ilə əlaqədar möhtəşəm ziyafət təşkil edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, müğənni və dizayner məşhur dostlarını başına yığaraq onlara böyük sürpriz hazırlayıb.
İfaçı 50 yaşını Londonun nüfuzlu klubunda qeyd edib. O, "Spice Girls"dakı tərəfdaşları ilə birlikdə mahnı oxuyub və rəqs edib.
Viktoriyanın əri Devid Bekhem və uşaqları da ad günü şənliyinə qatılıblar.
Gecənin qonaqları arasında Tom Kruz və digər məşhurlar da olublar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun