Mərhum aktrisanın qocalar evində yaşayan anası ölüb - FOTO

Mərhum aktrisanın qocalar evində yaşayan anası ölüb - FOTO

Tanınmış aktrisa Firəngiz Rəhim bəyovanın ögey anası Sona Rəhimbəyova dünyasını dəyişib.
 
Milli.Az bildirir ki, xəbəri Moderator.az-a Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatım direktoru Samirə Mehtiyeva təsdiqləyib. 
 
"Sona xanım ötən il dünyasını dəyişib. Təxminən qış ayında. 90 yaşı var idi Sona xanımın. 6-7 il bizim qocalar evində qaldı. Bacısı var idi, onlar gəlib götürüb aparıb dəfn etdilər. Kollektivlə də münasibəti çox yaxşı idi. Ahıl kimi çox yaxşı, sakit biri idi. Xatirəmdə də elə qalıb. 65 il AMEA-da çalışıb. Allah ona rəhmət etsin", - deyə o bildirib.
 
Qeyd edək ki, aktrisa Firəngiz Rəhimbəyova 2022-ci ilin 5 avqust tarixində dünyasını dəyişib. Sona xanım ögey qızı haqda verdiyi sonuncu müsahibəsində "İllərdir, nə zəng edib, nə də ziyarət edib. Ondan mənə nə qız olacaq? Onun haqqında heç nə deyə bilmərəm" demişdi.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun