"Qardaşım "Dialez" xəstəsidir. Onlara da mən baxıram, mən dolandırıram".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgənbdərli "Space star" verilişinə açıqlamasında deyib.
Sənətçi qardaşının xəstəliyindən danışaraq göz yaşlarına boğulub:
"Mən bu gün evimdə yemək yeyirəmsə, mənim ürəyim partlayar ki, qardaşım və yaxud bacım orada ac otursun. Qardaşım mənə deyir ki, "Mətanət, sənə qurban olaram, mənə bir şey olsa, balalarımı ortada qoyma". Bilinmir nə qədər yaşayacaq. Hər gün dialezə gedir. Arxayın olmaq istəyir. Öz dərdini çəkmir, balalarına yanır. Mən ona söz verəndə ki, övladlarına özüm baxacam, rahat nəfəs alır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun\