Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO

Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO

Xalq artisti Zabit Nəbizadənin ailəsində xoş gün baş tutub.

Milli.Az xəbər verir ki, sənətkarın oğlu Əmrah Aysun adlı xanımla ailə həyatı qurub. Cütlüyün toy mərasimi paytaxt restoranlarından birində təşkil olunub.

Məclisdə diqqət çəkən məqamlardan biri gəlinin tədbirə qatılmaması olub. Buna baxmayaraq, mərasim yüksək səviyyədə davam edib və gecəyə çoxsaylı sənət adamları da qatılıblar.

Toyda ifaçılar qonaqlara muğam gecəsi yaşadaraq xüsusi musiqi ab-havası yaradıblar.

Qeyd edək ki, Əmrah və Aysun cütlüyünün nişanı ötən ay baş tutmuşdu.

Musa

Mənbə: news.milli.az