Əməkdar artist Cavanşir Məmmədovun ölümü ilə bağlı fakt üzə çıxıb.
OLAY yazır ki, bu barədə “Bizimləsən” proqramında onun duet ortağı Firuzə İbadova məlumat verib. O bildirib ki, sənətçiyə ölümündən öncə bir şəxs zəng edib:
“Bir zəng gəlib, telefon əlindən düşüb. Deyib ki, bu nömrəni qeyd edin. Cavanşir müəllim çox dəqiq insan idi, səhv etməyi, yalan danışmağı sevmirdi. Bir sözü sübutla, faktla deyirdi ki, budur. O, yalanı sevmirdi. O yalanı sübut edənə qədər ona əzab-əziyyət olmazdı. Onun ürəyi paralandı, ürəyində 4 stand var idi. Ölən deyildi. Özünə çox baxırdı”.
Daha sonra aparıcı Zaur Baxşəliyev F. İbadovanın açıqlamasına əlavə olaraq bunları söyləyib:
“Əlində qeyd dəftəri olub, nömrəni tam yaza bilməyib, əlindən düşüb. Qızı dedi ki, atam çox əsəbiləşdi. Ümumiyyətlə son dövrlər çox əsəbiləşirdi, haqqında qara piar aparıldı, bəlkə də, üstünə çox gedildi. O zaman dəstək olundumu ki, bu insan sənətkardır, ona toxunmaq olmaz? Bilirəm, Cavanşir müəllimi heç nə geri qaytarmayacaq”.