Əməkdar artist Babək Niftəliyevin oğlu Mehdi çıxışı ilə gündəm olub.
OLAY yazır ki, xanəndə oğulları Mehdi və Cavidan ilə “Rəngarəng səhər” verilişində qonaq olarkən, onun 11 yaşlı oğlu artıq öz pulunu qazandığını, atasından xərclik istəmədiyini deyib.
“Biz heç vaxt atamızdan xərclik istəməmişik. Özümüz qazanmışıq. Cavidan (red. - qardaşı) toydan qazanıb, mən müsabiqələrdən qazanmışam. 600 manat da olub, 100 manat da olub”, - deyə, Mehdi söyləyib.
Babək oğlunun sözlərinə əlavə edərək, özünün o yaşda pul qazanmadığını bildirib:
“Beynəlxalq müsabiqələr olur ki, orada yer tutur, onlara qonorar verilir. Mən Mehdi yaşda olanda oxuyurdum, amma pul qazanmırdım. Bugünkü gündə deyirəm ki, Mehdi, sən artıq müsabiqələrdən qazanırsan”.
Qeyd edək ki, ifaçının 3 oğlu var. Övladlarından Mehdi və Cavidan onun sənətini davam etdirir.