Teylor Sviftin son albomu bir gündə 1,6 milyon nüsxə satıldı

Teylor Sviftin son albomu bir gündə 1,6 milyon nüsxə satıldı

Dünya şöhrətli müğənni Teylor Sviftin son albomu bir gündə ABŞ-da 1,6 milyon nüsxə, o cümlədən 600,000 vinil nüsxə satılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, 1991-ci ildən bəri "The Tortured Poets Department"ini ən çox satılan musiqi relizlərindən birinə çevirib.

Sviftin 11-ci kompilyasiya albomu cümə günü yayımlandıqdan sonra, bir gündə 1,6 milyon nüsxə sataraq rekord qırıb. Bu məbləğin təxminən 1,4 milyonu vinil, CD və kasetlər kimi ənənəvi formatların satışından əldə edilir ki, bu da internet üzərindən musiqi dinləmənin üstünlük təşkil etdiyi ölkədə qeyri-adi nailiyyətdir.

Müğənninin "Spotify" adlı mahnısı yayımlandığı  ilk günündə dünya üzrə 300 milyon dəfədən çox dinlənilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun