Filipp Kirkorov Puqaçovanın onu Qalkinlə necə aldatmasından danışdı

Filipp Kirkorov Puqaçovanın onu Qalkinlə necə aldatmasından danışdı

Rusiyanın estrada ulduzu Filipp Kirkorov Alla Puqaçova ilə evliliyinin necə dağılması barədə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kirkorov bildirib ki, komediya ustası Maksim Qalkin onun sevdiyi qadını ondan oğurlayıb.

"Qalkin onu xoş sözlərlə ələ ala bildi. Başa düşdüm ki, mən dörd ildir "buynuz" gəzdirirəm. Bütün gözəl nağıl bir gecədə sona çatdı", - müğənni deyib.

O, keçmiş həyat yoldaşının öz "yarısını" tapdığı üçün kin bəsləmədiyini deyib.

Alla Puqaçova və Filip Kirkorov 1994-cü ildə evlənib, 2005-ci ildə boşanıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun