Əməkdar artsit Rəhman Rəhmanovun keçmiş həyat yoldaşı Ulduz Əhmədova açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, müsahibə zamanı ailə həyatından danışan Ulduz Əhmədova münasibətləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. O, ailənin müəyyən dövrlərdə maddi və mənəvi çətinliklərlə üzləşdiyini bildirib.
Əhmədovanın sözlərinə görə, həmin illərdə aktyorun evdə az olması ailədaxili narazılıqlara səbəb olub. O, sonradan aktyorun başqa bir qadınla münasibəti olduğu barədə məlumat aldığını və bunu ailəsinə qarşı xəyanət kimi dəyərləndirdiyini deyib.
Keçmiş həyat yoldaşının səsləndirdiyi fikirlər sosial şəbəkələrdə maraqla qarşılanıb və müxtəlif müzakirələrə yol açıb.
Qeyd edək ki, Ulduz Əhmədova müsahibəsində ailə həyatına dair başqa məqamları da bölüşüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















