Türkiyəli aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizer Tatlıtuğ ilə birlikdə hava limanında görüntülənib.
Milli.Az xəbər verir ki, cütlüyün hava limanında çəkilən görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb. Kadrlarda jurnalistlərin aktyora ünvanladığı suallar da əks olunub.
Məlumata görə, Kıvanç Tatlıtuğ media nümayəndələrinin suallarına cavab vermək istəməyib. Jurnalistin israrlı suallarından narazı qaldığı bildirilən aktyor sualları cavabsız qoyaraq yoluna davam edib.
Onun bu davranışı sosial mediada müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər aktyorun şəxsi həyatına hörmətlə yanaşılmalı olduğunu qeyd etsələr də, digərləri hadisə ilə bağlı fərqli fikirlər səsləndiriblər.
Hava limanında yaşanan həmin anlar qısa müddətdə gündəmə çevrilərək müzakirə mövzusu olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















